31 avqust tarixinədək Azərbaycanda toy məclislərinin təşkilinə qoyulan qadağa davam edəcək.
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar imzalayıb.
Eyni zamanda 31 avqust tarixinədək dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağa da davam edəcək.