Böyük Britaniyanın ən məşhur və keyfiyyətli təhsilə görə fərqlənən Oksford Universiteti tələbə qəbulu zamanı namizədləri müsahibə mərhələsinə dəvət edir.
ELƏCƏ DƏ BAX: Doktorantura oxumaq üçün - ƏN SƏRFƏLİ ÖLKƏLƏR
Müsahibədə iştirak edən tələbələr isə sualların qəribə və maraqlı olduğunu iddia edirlər.
Fins.az Oksford Universitetinə qəbul zamanı müsahibədə namizədlərə verilən suallardan bir neçə nümunə təqdim edir:
Biologiya fakültəsinə qəbul zamanı verilən suallar:
"Uğur böcəkləri qırmızı rəngdədir. Çiçəklər də həmçinin. Niyə?"
"Şirlərin nəslinin tükənməsi hansı təhlükədən xəbər verər?"
"Bu, kaktusdur. Kaktus haqqında nələrsə danışın".
Ədəbiyyat fakültəsinə qəbul zamanı verilən suallar:
"Qısa hekayənin romandan fərqi nədir?"
"Sizcə, şeiri anlamaq çətin olmalıdır?"
Musiqi fakültəsinə qəbul zamanı verilən suallardan biri:
"Əgər yeni musiqi aləti ixtira etməli olsaydınız, səsini nəyə bənzədərdiniz?"
Psixologiya fakültəsinə qəbul zamanı verilən suallar:
"İnsanların niyə 2 gözü var?"
"İnsanlar üçün “normal” sözünün mənası nədir?"
Hüquq fakültəsinə qəbul zamanı verilən suallardan biri:
"Əgər maşını düzgün yerdə saxlamayanların cəzası ölüm olsaydı və buna görə kimsə qadağan olunan yerdə avtomobil saxlamasaydı, bu hüquq qanunu hesab oluna bilərdi?"
Tarix fakültəsinə qəbul zamanı verilən suallardan biri:
"Təsəvvür edin, əlimizdə idman sahəsiylə bağlı məlumatlardan başqa keçmişlə əlaqəli heç nə yoxdur. Belə olduğu halda keçmişdən nə qədər informasiya toplaya bilərdik?"
“Oksford”da oxumaq istəyənlərə verilən – QƏRİBƏ SUALLAR
21:26
8 Noy 2018