Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 16-dan ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı işəgötürənlərə müraciət edib.
Bu barədə FED.az-a açıqlamasında nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Qurum sözçüsü bildirib ki, nazirlik həmin günlərdə ölkə ərazisində açıq hava altında işləməyin təhlükəli olması barədə bütün işəgötürənlərə məlumat verib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 16-dan 18-dək ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu verdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə lazımi tədbirlər görüb. Bütün işəgötürənlərə xəbərdarlıq edilib ki, bu şəraitdə açıq havada işləmək məsləhət deyil".
Eləcə də bax: Sabah uşaqları bağçaya aparmayın - RƏSMİ XƏBƏRDARLIQ