Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına yönələn tədbirlər nəticəsində oktyabr ayının 1-nə olan məlumata görə, özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5% artıb.
FED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Eləcə də bax: Əmək müqaviləsi olmadığına görə hansı cərimələr tətbiq edilir?
Onun sözlərinə görə, bu sektorda əmək haqqı fondu 33,4% artıb.
Nazir onu da qeyd edib ki, bu il özünüməşğulluq proqramı əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.
S.Babayev əlavə edib ki, “İşsizin dostu” proqramı çərçivəsində artıq 38 min işsiz əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunub.
Report