Xəbər verildiyi kimi, prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-dən etibarən minimum əmək haqqı təqribən 40% artırılaraq 250 manat müəyyən edilib.
FED.az xəbər verir ki, minimum əmək haqqının artımı ümumilikdə 950 min nəfərə aid olacaq. Bunlardan 600 min nəfəri dövlət, 350 min nəfər özəl sektora aiddir.
Bununla yanaşı qeyd edək ki, minimum əmək haqqının artımı təkcə maaşlara deyil, Dövlət Sosial Müdafiə Fonduna ödənilən məcburi sosial sığorta ödənişlərinə də təmir edəcək və bu ödənişin məbləğini artıracaq.
Belə ki, «Sosial sığorta haqqında» qanuna əsasən sahibkarlar üçün DSMF ödənişlərinin məbləği minimum əmək haqqının məbləğinə əsasən hesablanır.
Tikinti və ticarət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün DSMF məbləği minimum əmək haqqının 50%-i həcmində, digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün isə 20% həcmində müəyyən edilib.
Nəticədə tikinti və ticaət sektorunda çalışan sahibkarların aflıq DSMF ödənişləri indiyədək aylıq 90 manat (180 manatın 50%-i – FED.az) olduğu halda sentyabrın 1-dən etibarən 125 manat yüksələcək.
Digər sahələrdə çalışan sahibkarlar üçün isə aylıq DSMF ödənişi 36 manatdan 50 manata yüksələcək.