Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində "MİDA" MMC iki şirkətlə satınalma müqaviləsi imzalayıb.
FED.az xəbər verir ki, Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksinin tikintisi 240 yerlik uşaq bağçası və körpələr evinin tikintisi işlərini "Caspian Service" MMC ("Çinar İnşaat" MMC ilə konsorsium) həyata keçirəcək. MİDA ilə "Caspian Service" MMC arasında imzalanan satınalma müqaviləsinin dəyəri 3 mln. 298,750 min manatdır.
Bundan başqa, MİDA ilə "HN Construction" MMC arasında Yasamal rayonu ərazisində xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal hissəsi) yaşayış kompleksi bir ədəd 12 mərtəbəli, 1 bloklu yaşayış binasının (25 nömrəli) tikintisi işlərinin həyata keçirilməsi dair satınalma müqaviləsi imzalanıb. Müqavilənin dəyəri 3 mln. 39,746 min manat təşkil edir.
Hər iki müqavilə 2017-ci ilin noyabrın 29-da imzalanıb.