"İndiyədək "güzəştli mənzil" əldə etmək istəyən 7000-dən artıq şəxs qeydiyyatdan keçərək elektron kabinetlərə sahib olublar".
FED.az xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Anar Quliyev bildirib.
"Bir neçə aydan sonra Yasamal Yaşayış Kompleksindəki ilk mənzillərin satışı ilə bağlı elan verəcəyik. Artıq müvəkkil banklar seçilib, müvafiq müqavilələr imzalanıb. "Azərbaycan İpoteka Fondu" ASC ilə əməkdaşlıq da davam edir. Ümid edirik, 2018-ci ilin yay aylarından vətəndaşlarımız ilk mənzillərdə yaşaya biləcəklər", - deyə o vurğulayıb.