FED.az xəbər verir ki, Metak şirkəti işçi axtarır.
Vakansiya: Korporativ satış üzrə menecer
İşin təsviri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək;
• Mövcud müştəri bazası ilə işləmək;
• Müştərilərlə kommersiya danışıqlarını aparmaq;
• Satışın artırılması məqsədilə müştəriləri müvafiq məlumatlarla təmin etmək: əyani nümayişlər, kataloqlar, reklam materialları, statistik məlumatlar və istinadlar, qiymətlər, məhsulun çatdırılma vaxtı və xərcləri, ödəniş şərtləri və satışdan sonra xidmətlər;
• Satışı təşviq etmək üçün müştərilərlə telefon, poçt, internet və ya sərgilər vasitəsilə əlaqə saxlamaq;
• Satış xarakterli səfərlər marşrutlar seçmək, təbliğat xarakterli paketlər hazırlamaq və görüşlər təyin etmək;
• Təlimatlara uyğun olaraq satış üzrə statistik məlumatlar hazırlamaq və təqdim etmək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək, yeniləmək və hesabat təqdim etmək;
• İnternet və şəxsi əlaqələr vasitəsilə bazarda rəqabət mühitini araşdırmaq;
• Ticarət sərgiləri, tenderlər, tədbirlər və nümayişlər zamanı şirkəti təmsil etmək.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan, ingilis və rus dillərini səlis bilməlidir;
• MS Office proqramları üzrə biliklər;
• Yaş həddi: 25 – 35 yaş;
• Export sahəsində 5 il təcrübə;
• Şəxsi müştəri bazası olmalı;
• Prezentasiyaların keçirilməsi, effektiv şifahi məlumat vermə və dinləmə bacarıqlarına malik olmalı.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=113 22.08.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.