Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Eləcə də bax: Vəziyyət pis olsa Nazirlər Kabineti işə qarışacaq - YENİ QƏRAR
FED.az-ın məlumatına görə, sərəncama əsasən Milli Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan İqtisadiyyat Nazirliyi müəyyən edilsin.
İqtisadiyyat Nazirliyinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Məişət tullantılarının idarə edilməsinə dair Milli Strategiya – TƏSDİQLƏNDİ
18:57
1 Noy 2018