Mart ayında Beynəlxalq Qadınlar günü və Novruz bayramı ilə əlaqədar 8 qeyri-iş günü olacaq.
FED.az xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar günü olduğundan, həmin gün qeyri-iş günüdür.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür.
Martın 27-si isə iş günüdür.
Beləliklə, bu ay bayramlarla əlaqədar 8 gün iş olmayacaq.