Rusiyada iş yeri axtarışı servisinin sahibi Pavel Qujikov və vençur investor Konstantin Stiskin «Pulu əvvəlcədən» adlı yeni staptap yaradıblar.
FED.az xəbər verir ki, bu starptap vasitəsilə istənilən şəxs maaşını istədiyi vaxt ala bilər.
Eləcə də bax: Rusiyanın “Mir” ödəmə sistemi Azərbaycanda - TƏTBİQ EDİLƏ BİLƏR
Yeni servis belə işləyir – istənilən şəxs çalışdığı şirkətdən olan əmək haqqını bu servisdən alır. Maaş vaxtı isə həmin şəxsin çalışdığı şirkət pulu servisə ödəyir.
Artıq servis bu xidmətlərin göstərilməsi üçün 200 min dollar yatırıb, amma startap müəllifləri bildirir ki, bu bazarın həcmi 1,7 milyard dollar təşkil edir.
Hər pul çıxırmağa görə, servis 50-700 rubl (1-11 dollar) arasında komissiya tutulacaq. Komissiya haqqının məbləği çıxarılan məbləğdən asılıdır. 3 min rubla qədər 50 rubl, 3-10 min rubl arasında məbləğ üçün 90 rubl, 10-30 min rubl arasında məbləğ üçün 250 rubl, 30 min rubldan artıq məbləğ üçün isə 700 rubl komissiya tutulacaq.
Artıq servisə müxtəlif şirkətlərdən minə yaxın insan və 5 şirkət qoşulub, daha 15 şirkətlə də danışıq aparılır. Gələn ilin sonuna servisə 150 minə yaxın aktiv istifadəçinin qoşulması gözlənilir.
Servisin müəllifləri hesab edir ki, yeni xidmət şirətlərə mühakibat xərclərini azaltmağa, işçilərə isə qəfil xərxlərini qarşılamağa imkan verəcək, kredit götürmək də lazım olmayacaq.
Qeyd edək ki, oxşar servislər xarici ölkələrdə daha əvvəl yaradılıb. Məsələn, Britaniyada «Neyber» şirkəti yaranmasından keçən 5 il ərzində 140 milyon funtdan artıq vəsait cəlb edib və 150 işəgötürən tərəfdaşı birləşdirir. ABŞ-dakı analoji xidmət – «DailyPay»ın gündəlik dövriyyəsi isə 1 milyon dollara çatır.