Məktəbli Arzuları “OYAL” markasının Azərbaycanda rəsmi satıcısı olan “İnci” Şirkətinin satış müdiri Etibar Abbasovun FED.az saytına müsahibəsi
“Oyal”ın müştəriləri kimlərdir və siz onlara hansı məhsulları təqdim edirsiniz?
Bağçada təlim-tərbiyə alan azyaşlılardan, ali məktəbdə təhsil alan tələbələrə qədər, eyni zamanda ofislərdə çalışan işçi heyyəti hamısı “Oyal”ın müştəriləridir. Bizim təqdim etdiyimiz məhsullar uşaq bağçalarında lazım olan rəngli kağızlar, rəngləmələr, orta məktəb şagirdləri üçün dəftərlər, qələmlər, universitet tələbələri üçün qrif-mexaniki karandaşlar, dəftərxana kitabları, qeyd dəftərləri kimi müxtəlif çeşidlərə bölünür. Təqdim etdiyimiz məhsulların istifadəsinin rahat olması və hər kəsin ala biləcəyi büdcəyə uyğun olmasını təmin eıəmək bizim əsas borcumuzdur. Həmçinin daima diqqətdə saxlayırıq ki, istər yerli, istərsə də xaricdən idxal etdiyimiz məhsullar yüksək keyfiyyətli olsun.
Bəs biznes qurumları üçün hansı məhsullarınız var?
Bu gün hər bir dövlət təşkilatında, özəl qurumlarda dəftərxana-ofis ləvazimatlarından istifadə edirlər. Biz onları da öz məhsullarımızla təmin edirik. Bu istiqamətdə dəlgeclərə, tikənlərə, arxiv qovluqlarına, poşet dosyalara, fayllara, müxtəlif növ qələm və karandaşlara daha çox tələbat var. Biz də yüksək keyfiyyətlə hazırladığımız bu məhsullarla onları təmin edirik. Bunlar arasında yerli istehsalla yanaşı bir çox dünya ölkələri, Avropa, Türkiyə, Rusiya və uzaq şərq ölkələrinin istehsalı olan məhsullar da yer alır.
Məhsullarımızı xaricə də ixrac edəcəyik
Bu yerdə qeyd edim ki, yerli istehsalat möhtərəm prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə inkişaf edir. Biz də bu dəstəkdən yararlanaraq idxal etdiyimiz məhsullarla yanaşı yerli istehsal məhsullarımızı da təqdim edə bilirik. Dövlətimiz tərəfindən sahibkarlığa göstərilən yüksək diqqət və qayğı fonunda gələcəkdə məhsullarımızı xarici ölkələrə ixrac etməyi də hədəfləyirik.
Bu məhsullar ölkə daxilində istehsal olunur, yoxsa idxal olunur?
“Oyal” tərəfindən satılan məhsulların müəyyən hissəsi idxal olunur, bir hissəsini də yerli istehsal təşkil edir. Nisbət hesabı ilə desək, bu gün satışda olan məhsullarımızın 80%-ə yaxını xaricdən idxal olunur, 20-25%-ə yaxını isə yerli istehsalın payına düşür.
Deməli, “Oyal”da yerli istehsal üstünlük təşkil edəcək?
Bəli, Dövlətimizin və Cənab Prezidentimizin sahibkarlara verdiyi dəstək sayəsində bu nisbət faizlərini dəyişərək yerli istehsalı daha da artırmağı planlaşdırırıq. Hətta biz gələcəkdə öz məhsullarımızı xarici ölkələrə ixrac etməyi və Azərbaycan brendi kimi dünyaya inteqrasiya etməyi də hədəfləyirik. Hətta deyə bilərəm ki, bununla bağlı layihələr hazırlayırıq və bu istiqamətdə əsaslı işlər aparırıq.
Hər bir halda önəmli olan odur ki, biz bu məhsulların ən keyfiyyətlisini istehsal və ya idxal edək. İdxal edərkən, o məhsulun istifadəçilərimizin rahatlığı, sağlamlığı bizim üçün əsas meyardır.
Biz “kopya” məhsul satmırıq
Mən bir şeyə çox təəssüflənirəm ki, bu gün bazarda “kopya” deyilən, hər hansı bir məhsulun oxşarı da bazara çıxarılır. Amma bunun səmərəlilik, təhlükəsizlik meyarları nəzərə alınmır. İnsanlara sağlamlıq sertifikatı olan, beynəlxalq standartlara uyğun olan, gigiyenik qaydalara tam cavab verən məhsullar təklif etmək lazımdır.
“Oyal”ı müştərilər hardan əldə edə bilər?
Bakı və regionlarımızdakı dəftərxana satışı ilə məşğul olan mağazalardan, böyük ticarət mərkəzlərindən, həmçinin Bakı və regionlarda yerləşən Ofisait mağazalarından
Uşaqlar hətta bizim plastilinləri yesələr də zərər görməyəcək
Məsələn bizdə satışda olan “Oyal” dəftərlərinin üz qapağı qida sənayesində istifadə olunan kartondur. O karton heç bir halda toz buraxmır və xüsusilə də azyaşlıların səhhətinə zərərli və təhlükəli deyil. Və ya, nə qədər deyilsə də, yenə azyaşlılar plastilinlə oynadıqdan sonra onu çeynəyirlər. Bu çox təhlükəlidir. Amma “Oyal”ın satışda olan plastlinləri uşaqlar çeynəsələr belə, bu onlara zərər verməyəcək. Çünki biz məhsullarımızın istehsalında insan sağlamlığını təhlükə altına atan xammaldan istifadə etmirik.
“Oyal” məhsullarını xaricə də ixrac edəcəyik” – MÜSAHİBƏ
10:10
14 Fev 2018