Koronavirus insan həyatlarına son qoymaqla yanaşı, dünya iqtisadiyyatına, fərqli peşələr ciddi zərbə vurub.
FED.az xəbər verir ki, ekspertər virusdan sonra bəzi peşələrə ehtiyacın yaranmayacağını proqnozlaşdırırlar.
Eləcə də bax: Pandemiyanın iqtisadi fəsadları hələ qabaqdadır - PROQNOZ
Onlar arasında COVİD-19-un ən ağır zərbə vurduğu turizm sektoru ilk yerdə gəlir. Belə ki, turizm agentləri, bələdçilər risk zonasına düşəcəklər. Hava ilə sərnişindaşımanın dayanmasına görə işsiz qalan pilot, stüardessa və s. peşə sahiblərinin əmək bazarında ciddi rəqabət yaradacağı da gözlənilir.
Oxşar vəziyyətin fitnes sektorunda da yaşanacaq. Virusun zəifləməsindsən sonra izolyasiyadan çıxan fitnes həvəskarlarının yalnız bir hissəsi fitnesə qayıdacaq ki, bu da çoxsaylı fitnes təlimatçılarının işsiz qalması ilə nəticələnəcək.
Pandemiya iş proseslərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılmasını aktual edib. Buna görə də bəzi peşələrin kareyra perspektivi dumanlıdır. Analitiklər, hüquq məsləhətxanalarının əməkdaşları, bank menecerləri, farmasevtlər, repetitorlar, şənlik təşkilatçıları, tərcüməçilər, əmlak satışı ilə məşğul olanları da gözləyir.
Proqnozlar moda, vizaj və stationar yeməkxanaların da çətin günlər gözlədiyini yazır. Amma onlayn ola bilməsi mümkün olmayan başqa peşələr sürətlə inkilşaf edəcək. Saç ustaları, kosmetoloqlar və s. xidmət sahələrinin əməkdaşları olacaq.
Xatırladaq ki, COVİD-19 1,3 milyon insanın yoluxmasına və 70 mindən artıq insanın isə həyatını itirməsinə yol açıb.
Modern