Bəzən doğru məqsədlərə köklənmək, özümüzü inkişaf etdirmək və karyera yolunda əmin addımlarla irəliləmək üçün müəyyən yolgöstərən vasitələrə ehtiyacımız olur. Hədəfimizə doğru irəliləyərkən qarşımıza çıxan çətinliklərin öhdəsindən gəlmək və işimizi yarıda qoymamaq üçün motivasiyaya gərək duyuruq. Bu zaman sizə kömək edə biləcək ən önəmli vasitələrdən biri də kitablardır, xüsusən də dəyərli kitablar.
Özünüzü inkişaf etdirmək və doğru qərarlar vermək üçün bu 9 kitabı mütləq oxumalısınız:
1. Daniel Kahneman - Thinking, Fast and Slow
Nobel mükafatlı iqtisadçı Daniel Kahneman insanların necə düşündüyünü və nəyə, necə münasibət göstərə biləcəyini başa düşməyiniz üçün əsas yolları kitabında bəhs edib.
2. Timothy D. Wilson - Redirect
Sözügedən kitab vasitəsilə siz, özünüzün və ətrafınızın davranışlarında köklü dəyişikliklər edə bilərsiniz.
3. Daniel H. Pink - Drive
Bu kitab vasitəsilə siz, motivasiyanın güclü yollarını öyrənə bilərsiniz.
4. Christopher Chabris və Daniel Simons - The Invisible Gorilla
Bu kitab, gördüklərimizlə təcrübələrimiz arasındakı fərqi anlamağımıza yönəlib.
5. Timothy D. Wilson - Strangers to Ourselves
Daha bir dəyərli Wilson kitabı, oxunması tövsiyyə olunan dəyərli kitablardan biridir.
6. Daniel Gilbert - Slumbling on Happiness
Bir çox önəmli faktorlara toxunan bu əsər vasitəsilə, keçmiş və gələcək arasında atmalı olduğunuz addımları öyrənirsiniz.
Charles Duhigg - The Power of Habit
Vərdişlərinizin önəmi və onları idarə edə bilməyi öyrədən bu kitabla özünüzü inkişaf etdirə bilərsiniz.
8. Sheena Iyengar - The Art of Choosing
Müəyyən araşdırmalara əsaslanan bu kitab etdiyimiz seçimlərin altında yatan səbəbləri göstərir.
9. Chip Heath və Dan Heath - Made to Stick
Niyə bəzi fikirlər tutur, bəziləri isə məhv olub gedir? Bütün detalları ilə yaradıcılığın sirri bu kitabdadır.
Eləcə də bax: Dünyanı dəyişdirmək və milyarder olmaq istəyən sahibkarlara - İKİ SUAL