İranda fərqində olmadan, hicaba riayət etməyən qadınların artıq polis tərəfindən saxlanılmayacağı bildirilib.
Tehranın Polis rəisi Hüseyn Rəhimi, Təhlükəsiz Şəhər Tehran Foto Festivalının bağlanış proqramında çıxışında "fərqində olmadan", hicaba riayət etməyən qadınların həbs etməyəcəyini deyib.
Rəhimi, "Bundan sonra fərqində olmadan, hicaba riayət etməyən qadınlar polis tərəfindən nəzarətə alınmayacaq, haqlarında iş açılmayacaq. Tərbiyəvi siniflər yaradılıb bu dərslərdə təhsil alacaqlar",- iadəsini istifadə edib.
İranda inqilabdan (1979) sonra ictimai müxalifətə baxmayaraq, qadınlara hicab məcburi hala gətirilmişdir.