Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Vahid Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ELƏCƏ DƏ BAX: Zamirə Hacıyeva ev dustaqlığına buraxılıb
FED.az-ın məlumatına görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Əsgərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, V.Əsgərov Bakıda İran vətəndaşı Afşin Gəncəlizadənin etibarından sui-istifadə edərək ona qarşı dələduzluq edib.
O, iş qurmaq adı ilə İran vətəndaşının 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
İran vətəndaşının 130 minini mənimsəyənə - CƏZA VERİLDİ
20:28
8 Noy 2018