Görünür, “Facebook” bir Stories paylaşımını hər 3 sosial şəbəkədə paylaşmaq imkanını istifadəçilərə vermək istəyir.
İstifadəçilər bildiriblər ki, şirkət cross-post Stories funksiyasının testini edir. Bu funksiya sayəsində Instagram-da paylaşılmış Stories paylaşımını birbaşa WhatsApp statusunda yerləşdirmək olacaq. Təqdim olunmuş fotoda Stories bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər Instagram-da Stories yaradandan sonra onu Facebook, Messenger və WhatsApp-da paylaşa biləcəklər. Bu, sözügedən platformalardan istifadə edən insanların işini rahatlaşdıracaq. Lakin eyni bir paylaşımı hər 3 platformanın ana səhifəsində görmək bir qədər bezdirici olmazmı?
technote.az©