Nazirlər Kabineti “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.
ELƏCƏ DƏ BAX: Orta məktəblərdə ödənişli təhsil olacaq - QAYDA
FED.az-ın məlumatına görə, ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsinə əsasən, indiyə qədər təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan ilk peşə-ixtisas təhsili müəssisəsinin mühəndis-pedaqoji heyətinin azı 80 faizini Azərbaycan vətəndaşları təşkil etməli idi.
Dəyişikliyə əsasən bu sahədə tələblər yumşaldılıb. Başqa sözlə, bundan sonra təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrinin müəllim heyətinin tərkibində Azərbaycan vətəndaşları sadəcə, sayca üstünlük təşkil etməlidir. Yerli kadr potensialı buna imkan vermədikdə, say nisbəti dəyişdirilə bilər.
İlk peşə-ixtisas təhsili müəssisəsi açan əcnəbilər üçün – YENİLİK
00:57
14 Noy 2018