Azərbaycanda istirahət mövsümü başa çatıb. FED.az-ın məlumatına görə, bu təkcə tədris ilinin başlanması ilə əlaqədar deyil.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumata əsasən 2018-ci ilin sonuna doğru qeyri-iş günlərinin sayı da indikinə nisbətən az olacaq.
Nazirlər Kabinetinin 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ilin bundan sonrakı hissəsində cəmi iki dəfə iş günü istirahət günü ilə əvəzlənəcək: 9 noyabr- Azərbaycan Respublikasının Dövlət bayrağı günü və 31 dekabr- Dünya azərbaycanlılarının həmrəyliyi günü.
Ümumən oktyabr,noyabr və dekabr ayları boyunca yalnız 9 noyabr və 31 dekabr tarixlərində qeyri-iş günü olacaq, qalan 64 gündə isə iş günü olacaq.
İlin sonuna qədər cəmi 2 gün bayram olacaq – TARİXLƏR
08:53
18 Sen 2018