Bu gün Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
FED.az-ın məlumatına görə, Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:
ELƏCƏ DƏ BAX: Məhkəmə “Çudo Peçka”nın sahibini həbsdə saxladı
- Dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;
- “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.
İcra Hakimiyyəti və şirkətdə yoxlama aparılıb – RƏSMİ
20:23
8 Fev 2019