Sosial

HR-lar üçün bəd xəbər: Əmək müqaviləsi ilə bağlı istinad etdikləri - BOŞLUQ "DOLDURULUR"

HR-lar üçün bəd xəbər: Əmək müqaviləsi ilə bağlı istinad etdikləri - BOŞLUQ "DOLDURULUR" | FED.az
12:47 13 Fev 2019

Xəbər verdiyimiz kimi, əmək münasibətlərinə məsul olan müvafiq dövlət qurumları tərəfindən Əmək Məcəlləsinin 150-dən çox maddəsinə redaktə, düzəliş və əlavə tipli dəyişikliklər barədə layihə hazırlanıb. FED.az xəbər verir ki, bu dəfəki yazımızda HR-ların Əmək Məcəlləsində istifadə etdiyi boşluq haqqında məlumat verəciyik.

Əmək Məcəllləsinin “Müddətli əmək müqaviləsi bağlanan hallar” adlı 47-ci maddəsinə aşağıdakı dəyişiklik təklif edilir:

 47-ci maddə üzrə:

f bəndində ―tərəflərin sözündən əvvəl ―iş və ya göstərilən xidmət daimi xarakterə malik olmadıqda sözləri əlavə edilsin.

Təklif edilən dəyişiklik haqqında məlumat verməmişdən öncə bildirək ki,  Əmək Məcəlləsinin 47-ci maddənin f bəndi əmək müqaviləsi imzalanarkən ən çox istinad edilən bənddir. Bildiyimiz kimi,  Müddətli əmək müqaviləsi bağlanması halları Əmək Məcəlləsinin 47-ci maddəsi ilə tənzimlənir. Bu hallarla bağlı siyahı uzun olduğu üçün bildirmək istərdik ki, əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümi işlərin yerinə yetirilməsi və s. hallarda tətbiq edilir. Amma son zamanlar təcrübədə ən çox istifadə edilən hal Əmək Məcəlləsinin 47-ci maddəsindəki f (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) bəndidir.  Bu bəndə əsasən, işçi və işəgötürən razılaşa bilərlər ki, hər iki tərəfin hüquq bərabərliyi prinsiplərinə əməl olunmaq şərti ilə əmək müqaviləsi müddətli bağlanılsın.

Təklif olunan dəyişiklikdə Əmək Məcəlləsindəki bu boşluq aradan qaldırılır. Belə ki, dəyişikliklər qüvvəyə mindikdən sonra, iş və ya göstərilən xidmət daimi xarakterə malik olmadıqda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi MÜDDƏTLİ bağlana biləcək.


©mks.az

Digər xəbərlər