Azərbaycanda işsizlərin peşə hazırlığına cəlb edilməsi göstəricisi 7 dəfəyə yaxın artırılacaq.
FED.az-ın məlumatına görə, bu, “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda əksini tapıb.
ELƏCƏ DƏ BAX: Mülki müqaviləylə çalışanlardan sosial sığorta haqqı- BELƏ TUTULACAQ
Strategiyada işlə təmin olunmaq üçün dövlət məşğulluq xidməti orqanlarına müraciət etmiş vətəndaşların ən azı 20 faizinin 2030-cu ilədək peşə hazırlığına cəlb etmək əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Sənəddə baza ili kimi göstərilən 2017-ci ildə bu göstərici 3 faiz olub.
Hər 10 işsizin 2-nə peşə öyrədiləcək – YENİ HƏDƏF

20:42
3 Dek 2018