“Müdafiə Nazirliyinin yeni konsepsiyasında fəal hərbi ehtiyatın üç forması - könüllü, müqaviləli və ödənişli hərbi xidmətin tətbiqi nəzərdə tutulub”.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.
Baş nazir bildirib ki, hazırkı hərbi ehtiyat və səfərbərlik sistemi yenidən təşkil olunmalıdır: “Güclü hərbi ehtiyat sistemi ölkəmiz üçün çox vacibdir. Əminəm ki, biz balanslaşdırılmış, doğru və ölkənin tələblərinə cavab verən bir sistem quracağıq”.
Qeyd edək ki, hazırda Gürcüstanda həqiqi, müqaviləli, kadr və ehtiyat hərbi xidmət formaları tətbiq olunur.