Gürcüstanda fəaliyyət göstərən xəstəxanalar yeni problemlə üzləşiblər.
FED.az xəbər verir ki, qonşu ölkənin səhiyyə nazirliyi qeysəriyyə əməliyyatının sayına qoyulan limiti keçdiyinə görə, doğum evlərini yüksək cərimələməyə başlayıb.
Eləcə də bax:Azərbaycanda doğum evlərində yeni standartlar tətbiq ediləcək
Xatırladaq ki, 2017-ci ildə Dünya səhiyyə Təşkilatı qesəriyyə əməliyyatlarına 10-15%-lik limit tətbiq edib. Təşkilatın qərarına görə, hər doğum evində qeysəriyyə əməliyyatlarının sayı ümumi doğuşların sayının 10-15%-ni keçməməlidir.
Qonşu Gürcüstanda bu göstərici 44%-i keçdiyinə görə, ötən aydan belə doğum evlərinə yüksək cərimələr tətbiq edilib. Cərimələrin məbləği 13-120 min dollar arasında dəyişir. Bəzi tibb müəsisələri bu cərimələri ödəyə bilmədiyinə görə, fəaliyyətlərini dayandırmalı olub. İndiyədək 17 tibb müəssisəsi cərimələnib, onlardan 5-i bağlanıb.
Cərimələr belə hesablanır: doğum evindəki qeysəriyyə əməliyyatlarının sayından icazə verilən say çıxılır, alınan say, qeysəriyyə əməliyyatı ilə adi doğuşun qiymət fərqinə vurulur.
Gürcstanda ənənəvi doğuş üsün qiymət 500 lari və ya 167 dollar, qeysəriyyə əməliyyatı isə 800 lari və ya 258 dollardır.