FED.az xəbər verir ki, “Grace” gözəllik komplekslərinin idarə olunması üçün “icraçı direktor” vakansiyası elan olunur.
İş barədə məlumat
• Gözəllik kompleksləri şəbəkəsinin effektiv fəaliyyətinin təşkil olunması, koordinasiya olunması və iş səmərəliliyinin artırılması;
• Gözəllik kompleksi standartlarının və reqlamentlərinin qorunmasına nəzarət olunması;
• Şəbəkənin strategiyası və missiyasının təkmilləşdirilməsinə, şəbəkələrin maksimal gəlirliliyinin təmin olunması məqsədilə resurslardan səmərəli istifadə olunmasına nəzarət olunması;
• Xidmət personalının və gözəllik mərkəzlərinin idarə olunması, işçilərin xidməti fəaliyyətinin dəyərləndirilməsi, müvafiq mükafatların təşkil olunması, işçi heyətini şirkətin hədəflərinə yönləndirmək məqsədilə onların düzgün istiqamətləndirilməsi;
• Büdcədə nəzərdə tutulmuş nəticələrə və digər maliyyə kriteriyalarına müvafiq olaraq fəaliyyətin nizamlanması;
• Təşkilatın qısa və uzunmüddətli hədəf və məqsədlərinə əsaslanan planların hazırlanması, büdcə planlamasında iştirak olunması, bu istiqamətdə rəhbərliyə təkliflərin verilməsi;
• Satışın və xidmətlərin illik, rüblük və aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə nəticələrin təqdim edilməsi;
• Müştərilərə xidmət olunması səviyyəsinin analiz olunması, xidmət səviyyəsinin artırılması istiqamətində təbdbirlərin planının hazırlanması və həyata keçirilməsinə nəzarət olunması, müştəri məmnuniyyətinin ölçülməsi, statistik hesabatların hazırlanması işinin təşkilinə nəzarət edilməsi;
• Marketing və PR üzrə tədbirlər planının hazırlanması və həyata keçiriıməsinə nəzarət edilməsi;
• Komplekslərin fəaliyyətinin yerli qanunvericlik və biznes əməliyyatlarını dəstəkləyən qaydalara uyğun icra olunmasına cavabdehliyin daşınması;
• Daxili inventarizasiyanın aparılmasına nəzarət, anbar qalığına nəzarətin təşkil olunması, qalıq və anbar uçotunun aparılmasına nəzarət olunması;
• Xidmət satışının (bərbərxana, manikür, pedikür, SPA mərkəz, fitnes klub xidmətlərinin) artırılması istiqamətində işlərin həyata keçirilməsi, qiymət siyasətinin inkişaf etdirilməsi;
• Orta və irimiqyaslı layihələrin təşkil olunmasına nəzarət edilməsi;
Namizədə dair tələblər
• Xidmət satışı sahəsində rəhbər vəzifədə 2 ildən artıq iş təcrübəsinin olması
• Azərbaycan və rus dillərində mükəmməl səviyyədə yazılı və şifahi ünsiyyət qurma bacarığı
• Yaranmış problemləri həll etmə bacarığı
• Şirkəti təmsiletmə bacarığı
• Nəticə yönümlü olması və qəbul edilmiş qərarlara cavabdehlik daşıması bacarığı
• Komandada işləmək bacarığı
• Liderlik xüsusiyyətləri
Əməkhaqqı müsahibə zamanı müzakirə ediləcək.
CV-lərinizi [email protected] ünvanına "icraçı direktor " başlığı ilə göndərməyiniz xahiş olunur.