FED.az xəbər verir ki, Gilan Hospitality Group işçi axtarır.
Position: Maliyyə üzrə Nəzarətçi (Qəbələ)
Öhdəliklər:
• Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək;
• Əmək haqlarının hesablanmasına və verilməsinə nəzarət etmək;
• Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək;
• Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etmək;
• Rəhbərlik üçün maliyyə təqdimatlarını hazırlamaq;
• Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəfləri təyin etmək;
• Büdcə icrasının monitorinqini və təhlilini etmək;
• Bütün satış və satınalma xərclərini təstiq etmək;
• İllik biznes planlaşdırılmasında iştirak etmək;
• Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək.
Namizəddə tələblər:
• Müvafiq sahədə minimum 3 illik iş təcrübəsi;
• Vergi qanunvericiliyi üzrə işləmə bacarığı;
• 1C Proqramında və Microsoft Office proqramlarında işləmə bacarığı;
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Müraciət və ətraflı məlumat üçün:
https://hr.gilanholding.com/v/4870