Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Bu qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenilənməsinə 6,4 miyon manat - XƏRCLƏNƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə məlumatı “Azərsu” ASC yayıb.
Məlumata görə, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir: "Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq. Narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir".