Baş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
ELƏCƏ DƏ BAX: Bayrampulu veriləcək ailələrin sayı - AÇIQLANDI
FED.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.
Gələn ilin bayram günləri – AÇIQLANDI
18:41
20 Dek 2018