2025-ci il üzrə fəaliyyətimizə nəzər salsaq il ərzində vətəndaşlardan və dövlət qurumlarından daxil olmuş müraciətlərin araşdırılması nəticəsində Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 6 min 897 halda əmək qanunvericiliyinin pozulması halları aşkar edilib və inzibati tənbeh tədbirləri görülüb. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara gecikdirilmiş 842 min manata yaxın vəsaitin ödənilməsi təmin edilib.
Azərbaycanda işləyən pensiyaçıların pensiya kapitalına əlavələrin dörd ildən bir olması təklif edilir
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri adlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, həmin ödənişlərdən 93,66 %-i (788 manat) əməkhaqqı, 1,67 %-i (14 manat) zərərə görə ödənc, 4,67 %-i (39 manat) sosial müavinət və kompensasiyadan ibarət olub: "Bundan əlavə, əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 89 nəfər öz əvvəlki işinə bərpa edilib".










