Nazirlər Kabineti Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə -Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında qərra qəbul edib. FED.az xəbər verir ki, yeni tərkib aşağıdakı kimidir:
Müşahidə Şurasının sədri
Rövşən Rzayev - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Müşahidə Şurasının üzvləri:
İlqar Fəti-zadə - maliyyə nazirinin birinci müavini
Mətin Kərimli - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Cəmaləddin Quliyev - İqtisadiyyat Nazirliyi Aparatının iqtisadi və sosial sahələrin inkişafı şöbəsinin müdiri
Azay Quliyev - Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Adil Abdullayev - “Avropa Lift Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Qulam İshaqzai - BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi
Caydev Sinqx - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı missiya direktoru
Guido Ambroso - BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi.
Qeyd edək ki, Müşahidə Şurasının buna qədər olan tərkibi Nazirlər Kabinetinin 2004-cü il 15 oktyabr tarixli 151 nömrəli qərarı ilə müəyfyən edilmişdi. Həmin vaxt Müşahidə Şurası bu şəxslərdən ibarət idi:
Müşahidə Şurasının sədri
Əli Həsənov - Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
Müşahidə Şurasının üzvləri:
İlqar Fətizadə - maliyyə nazirinin birinci müavini
Natiq Məmmədov - əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Gəray Fərhadov - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Azay Quliyev - Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Forumunun
prezidenti
Adil Abdullayev - "Bakmil" birgə müəssisəsinin direktoru, Azərbaycan Respublikası Kiçik və Orta Sahibkarlar İttifaqının prezidenti
Fondun yeni Müşahidə Şurası təsdiqləndi – ADLAR
09:32
4 Okt 2018