F ərqli,
E nergili,
D inamik…
Bu gün FED.AZ biznes və maliyyə xəbər portalının yaranma günüdür. 4 yaşını qeyd edir.
FED.AZ (Finance, Economic Development) müstəqil xəbər portalı 2017-ci ilin dekabr ayının 15-də təsis edilərək oxucuları ölkədə baş verən mühüm iqtisadi, biznes və maliyyə sahəsinə aid xəbərlərlə (az-rus) məlumatlandırır.
4 il, 48 ay, 208 həftə, 1460 gün, 35 040 saatlıq fəaliyyətimizdə çalışdıq ki, növbəti fəaliyyətimizə (davamiyyətimizə) təməl olaq.
Saytın xəritəsinə gündəlik xəbərlərlə yanaşı, redaksiya tərəfindən maliyyə bazarı iştirakçılarının əsas maliyyə göstəriciləri üzrə dövrü renkinqləri, maliyyə və əmlak bazarı üzrə aylıq təhlillər, həmçinin canlı yayımlar aiddir.
Portalının əsas strateji məqsədi əhaliyə, xüsusən də biznes sahiblərinə - iş adamlarına informasiyaları düzgün və peşəkar qaydada çatdırmaqdır.
Hazırda FED.AZ ölkənin ən çox oxunan iqtisadi-maliyyə yönümlü ixtisaslaşmış xəbər saytlarından biridir.