Bu il Ermənistanda işsizlik səviyyəsi artaraq 22,3% təşkil edəcəyi proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "World Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.
Eləcə də bax: BVF: Ermənistan iqtisadiyyatı bu il 4,5% azalacaq
Hesabatda 2021-ci ildə Ermənistanda işsizlərin sayı bir qədər azalaraq 21,1%-ə enəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, BVF-nin Ermənistanda işsizlik üzrə apreldə dərc olunmuş proqnozları 2020-ci il üçün 19%, 2021-ci il üçün isə 18,4%-ə bərabər idi.
Qeyd edək ki, ötən il Ermənistan işsizlik 18,9% olub. (Apa)