Ərəb investorları Bakıda almaq üçün hotel axtarırlar.
Bu barədə FED.az-a daşınmaz əmlak sektorundan bildirilib. Xarici nvestorlarla çalışan rieltor şirkətlərindən verilən məlumata görə, müxtəlif ölkələrindən Azərbaycana turist səfərlərinin artması həmin ölkədən olan investorları paytaxtda hotel almağa həvəsləndirib: «Bunlar əsasən İraq və Qətərdən olan investorlardır. İranlı yatırımçılar da hotel almağa çalışarlar».
Rieltorlar bildirir ki, hotel almaq istəyənlər əsasən qiyməti bir neçə milyon dollara çatan və 4-5 ulduzlu hotellərə maraq göstərirlər: «Onlar əsasən 5 ulduz otellər axtarırlar. Bu investorların özlərinin turizm şirkətləri var və istəyirlər buraya göndərdikləri turistlər də onların otelllərində yerləşdirsinlər». Ərəb iş adamları bu hotelləri alaraq halal htellərə çevirmək istəyirlər. İndiyədək daxil olan sifrişlərə əsasən hazırda ərəblər Bakıda qiyməti 3-17 milyon dollar arası olan5 ulduz hotellər almaq niyyətindədirlər.
Ərəblərin Bakıda 10-15 milyon dollarlıq -«HOTEL OVU»
08:32
24 Yan 2018