“Forbes” jurnalı 2018-ci ildə ən çox gəlir əldə edən yazıçıların adlarını açıqlayıb.
FED.az-ın məlumatına görə, siyahıda ABŞ prezidenti Donald Tramp haqqında yazılan “Atəş və qəzəb” adlı kitabın müəllifi Maykl Volf da var.
ELƏCƏ DƏ BAX: “Bu mahnının sayəsində bina aldım”
“The Guardian” qəzetinin adıçəkilən kitabdan bir hissəni dərc etməyindən sonra məşhurlaşan kitab öz müəllifinə 13 milyon dollar qazandırıb. “Atəş və qəzəb” təkcə ABŞ-da 1 milyondan çox satılıb. Bu rəqəmə kitabın audio və digər formatlarda olan satışı daxil deyil.
“Bir gün gözümü göyə dikdim və Tramp üçün çox sağ ol dedim” – Mayk Volf ötən ilin yazında deyib.
Ən çox gəlir əldə edən 11 müəllifin ümumilikdə 24,5 milyon kitabı satılıb və bu satışdan 283 milyon dollar qazanıblar.
Siyahıda birinci yerdə olan Ceyms Pattersonun təkcə ABŞ-da 4,8 milyon kitabı satılıb və o, 86 milyon dollar qazanıb.
Coan Roulinqin kitabdan əldə etdiyi gəlir ötən illə müqayisədə 41 milyon dollar azalıb və 54 milyon dollar qazancla o, siyahının ikinci pilləsinə düşüb.
Stiven Kinq 1986-ci ildə yazdığı “O” adlı romanı əsasında çəkilən film sayəsində 2,7 milyon kitab sataraq bu il siyahıda üçüncü yeri tuta bilib.
Pola Hokins isə bu il siyahıda yoxdur.
İlk onluq:
1. Ceyms Patterson – 86 milyon dollar
2. Coan Roulinq – 54 milyon dollar
3. Stiven Kinq – 27 milyon dollar
4. Con Qrişem – 21 milyon dollar
5. Ceff Kinni – 18.5 milyon dollar
5. den Braun – 18.5 milyon dollar
7. Maykl Volf – 13 milyon dollar
8. Daniela Stil – 12 milyon dollar
8. Nora Roberts -12 milyon dollar
10. Rick Riordan – 10.5 milyon dollar
10. E.L Ceyms – 10.5 milyon dollar
“Forbes” qeyd edir ki, bu rəqəmlər 1 iyun 2017-ci ildən 1 iyun 2018-ci ilə kimi olan zaman kəsiyini əhatə edir. Rəqəmlər “NPD BookScan” və “Box Office Mojo”nun statistikalarına əsasən hesablanıb.
Ən çox bu yazıçılar qazanıb – SİYAHI
18:57
12 Dek 2018