Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətləri artırılıb.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” fərmanına etdiyi müvafiq dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsi bağlanacaq.
Həmçinin digər dəyişikliklə azı 50 nəfər işçi çalışan müəssisədə işçilərin ümumi sayının on faizindən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işəgötürən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məlumat verməlidir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin tədbirlərin əsaslı və qanunauyğun həyata keçirilməsini araşdırıb səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görə bilər.