Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan müraciətlərin bir qismində işəgötürənlər tərəfindən əməkhaqlarının, zərərə görə ödənclərin və s. sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.
FED.az xəbər verir ki, Xidmət həmin müraciətləri araşdıraraq qanuna uyğun şəkildə ilk səkkiz ayda 92 min 992 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Bundan başqa, xidmət əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 81 nəfər öz əvvəlki iş yerlərinə bərpa edilib, bu işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.