"Bayıl yaşayış sahəsi, Buxta küçəsində dağılmış, təhlükəli vəziyyətlə üzləşmiş evlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin və Nazirlər Kabinetinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır, müvafiq qərar qəbul ediləcək".
FED.az xəbər verir ki, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, evlər sovet vaxtı tikilib, ərazidə özbaşına tikili yoxdur, evlərin sənədləri var: "İlkin ehtimala görə, evlərin resursu bitib".
İH başçısı qeyd edib ki, bir bina 1 il öncə qəzalı vəziyyətinə düşdüyü üçün sakinlər Nazirlər Kabinetiin qərarı ilə köçürülüb, onlara kompensasiya verilib: "İndi bu məsələyə də baxılacaq, ərazi nəzarətdədir".