Azərbaycanda əhalinin siyahıyaalınma ilə bağlı qaydaların hazırlanması tam başa çatdırılıb. FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov deyib.
Onun sözlərinə görə, bütün etimoloji baza hazırlanıb: "Keçən il Qəbələdə əhalinin sınaq siyahıya alınması keçirildi və istər metodoloji materiallar, istər yaradılan informasiya sistemi, o cümlədən məlumatların daxil ediləcək kompüter bazası sınaqdan keçirildi. Hazırda biz materialların yerlərə çatdırılması prosesinə başlayırıq, sorğu siyahıyaalma vərəqələri və s. Eyni zamanda avqustun sonu – sentyabrın əvvəlində siyahıyaalmaya cəlb olunacaq işçilərin təlimatlandırılmasına başlanılacaq", - deyə T. Budaqov qeyd edib.
Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması bu ilin oktyabrın 1-10-da keçiriləcək.