Nazirlər Kkbineti «Ədliyyə orqanları işçilərinin, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin, Penitensiar Xidmətinin müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarının məbləğlərinin müəyyən edilməsi və Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi haqqında» qərarına dəyişiklik edib.
FED.az xəbər verir ki, yeni qərarla sözügedən qurumların əməkdaşlarının maaşları göstərilən 1 saylı əlavə yeni redaksiyada təsdiq edilib.
Eləcə də bax: Komitə sədri: Gələn il maaşlar, müavinətlər, pensiyalar - ARTIRILACAQ
Bundan başqa, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri də dəyişdirilib və bununla bağlı qərardakı 2 nömrəli əlavə yeni redaksiyada təsdiqlənib. Qərar sentyabrın 1-dən tətbiq edilir.