Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilər də daxil olmaqla daha 60-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.
Eləcə də bax: Qarabağ qazisi kiçik biznesə - Başlayacaq
FED.az xəbər verir ki, onlar Bakı şəhərinin, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Samux, Şamaxı rayonlarının sakinləridir. Proqrama cəlb olunduqdan sonra həmin şəxslər istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.
Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi davam edir. Agentlik ötən il 12600 şəxsi özünüməşğulluq proqramına cəlb edib. 2021-ci ildə isə 16 min şəxsin bu proqramla əhatə olunması nəzərdə tutulub.