2017-ci ilin sonuna qədər Fransanın "Auchan" şirkəti Çinin "Hisense" şirkəti ilə əməkdaşlıq çərçivəsində Çində yüzlərlə "Auchan Minute" mini-marketi açmağı planlaşdırır. Bu marketlər satıcı və kassalar olmadan işləyəcək.
FED.az xəbər verir ki, "hitech.news.ru" saytının yazdığına görə, sahəsi 20 kvadratmetrdən az olan mağazaların çeşidi təzə məhsullar, içkilər və digər gündəlik məhsullardan ibarət olacaq.
Mağazadan istifadə etmək üçün alıcıya "WeChat" messenceri qurulmuş smartfon lazım gələcək. İstifadəçi girişdə QR-kodunu skan edərək mağazaya daxil ola biləcək. Həmçinin məhsulları virtual səbətə yerləşdirərək "AliPay" xidməti vasitəsilə almaq mümkün olacaq.