Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək. Qitənin ən nüfuzlu klub turnirində C qrupunda mübarizə aparan “Qarabağ” futbol klubu sonuncu görüşündə “Roma” komandası ilə qarşılaşacaq.
FED.az xəbər verir ki, bu qarşılaşma Veysəloğlu şirkətinin bəzi əməkdaşları üçün də əlamatdar olacaq. Belə ki, sözü gedən şirkət nə az, nə çox, düz 14 əməkdaşını Şölen,ETİ və Nestle fabriklerinin dəstəyi ilə “Roma”-“Qarabağ” matçını canlı izləmək üçün İtaliyaya göndərib.
Roma Olimpiya stadionundan oyuna canlı baxmaq şansını əldə edənlər Veysəloğlu şirkətinin satış təmçiləridir ki, onlar ay ərzində işlərini layiqincə yerinə yetirdikləri və satış hədəflərini maksimum icra etdikləri üçün motivasiya məqsədilə bu mükafata layiq görülüblər.
Qeyd edək ki, “Roma”-“Qarabağ” oyunu Bakı vaxtilə saat 23:45-də başlayacaq.