Bu ilin iyunun 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,6 min nəfər olub.
Azərbaycanda işçilərə ən yüksək maaş verilən sahələr – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdlu işçilərin sayı bu ilin əvvəlindən bəri 17,4 min nəfər və ya 1% azalıb.
Hesabat dövründə muzdlu işçilərin 859,9 min nəfəri dövlət sektorunda, 930,7 min nəfəri isə özəl sektorda işləyib. Yanvar ayının bir ilə müqayisədə dövlət sektorunda işləyənlərin sayı 5,9 min nəfər (0,7%), özəl sektorda işləyənlərin sayı 11,5 min nəfər (1,2%) azalıb.
Xatırladaq ki, bu ilin yanvar ayının əvəlində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 808 min nəfər olub. Onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 942,2 min nəfəri isə qeyri-dövlət sektorunda işləyib.














