Bu ilin yanvar-may aylarında Azərbayanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat olub.
Minimum əmək haqqı 50 manat artanda - İşəgötürənin xərci - NƏ QƏDƏR ARTIR? - HESABLAMA
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkədə orta əməkhaqqı 1 175 manat olsa da, bəzi sahələr var ki, bu sahələrdə orta maaş bu məbləğdən dəfələlər çoxdur. Bu sahələrin birincisi mədənçıxarma sənayesidir. Belə ki, bu sahədə işləyən işçilərin orta maaşı 4 405,7 manat təşkil edir.
Eyni zamanda maliyyə və sığorta sektorunda işləyən işçilərin orta maaşı 3 185,9 manat təşkil edərək ölkədəki ən yüksək maaşı olan ikinci sahədir.
İnformasiya və rabitə sektoru da kifayət qədər gəlirli sahədir. Bu sahədə çalışanların orta aylıq maaşı 2 133,6 manat olub. Bu ölkədəki orta maaşdan təxminən 2 dəfə çoxdur.
Ən aşağı maaşı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilər alır. Bu sahənin işçilərinin orta maaşı 749,7 manatdır. Bu, ölkə üzrə orta aylıq əməkhaqqıdan təxminən 425 manat daha azdır.
Ölkədə ən yüksək gəliri olan sahələr haqqında daha ətraflı:






![Azərbaycanda işçilərə ən yüksək maaş verilən sahələr – [red]SİYAHI[/red] | FED.az](upload/news/small/3213316.jpeg)
![Azərbaycanda işçilərə ən yüksək maaş verilən sahələr – [red]SİYAHI[/red] | FED.az](upload/news/small/4766036.jpg)









