Sosial

Bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında" Qanun - MÜZAKİRƏ EDİLƏCƏK

Bu gün Milli Məclisdə "Əmək pensiyaları haqqında" Qanun - MÜZAKİRƏ EDİLƏCƏK | FED.az
10:31 14 Noy 2019

Bu gün Milli Məclisin plenar iclası davam etdiriləcək.

FED.az məlumat verir ki, deputatlar iclasda Vergi Məcəlləsinə təklif edilən bir çox dəyişiklikləri müzakirə edəcəklər.

Eləcə də bax: Əmək pensiyasının minimum məbləği artırılıb - SƏRƏNCAM

Milli Məclisin 3 gün – 12, 13 və 14 noyabrda davam edən iclaslarının gündəliyinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, “Sosial müavinətlər haqqında” qanun layihələri, o cümlədən Vergi Məcəlləsində dəyişikliklər, Milli Məclisinin 2020-ci il üçün xərclər smetası, Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası daxildir.

Qeyd edək ki, ötən iki gün ərzində 2020-ci ilin dövlət büdcəsi və digər bir sıra məsələlər birinci oxunuşda təsdiq olunub. Bu gün iclasda əsasən Vergi Məcəlləsi müzakirə olunacaq.

Trend

Digər xəbərlər