Sosial

Bu amillər ömrü uzadır - ARAŞDIRMA

Bu amillər ömrü uzadır - ARAŞDIRMA | FED.az
21:24 15 Fev 2019

İqtisadçı ekspert Rövşən Ağayev orta ömür uzunluğunun artmışına təsir göstərən amilləri araşdırıb.
 
ELƏCƏ DƏ BAX: Azərbaycandan “beyin köçü”: kimlər hara və niyə gedir?
 
FED.az-ın məlumatına görə, R. Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb ki,  İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) son hesabatlarından birində əhalinin sağlamlığı ilə bağlı maraqlı faktlar diqqətini cəlb edib:

 
“Son 30 ildə aparılan tədqiqatlar göstərir ki, orta ömür uzunluğunun artımına çox müxtəlif amillər təsir göstərir. Amma ilk yerdə səhiyyə xərclərinin səviyyəsi gəlir.

Məsələn, OECD ölkələri üzrə araşdırma göstərib ki, adambaşına səhiyyə xərclərinin hər 10% artımı orta ömür uzunluğunu 3.6 ay uzadır. 1970-2015-ci illərdə OECD üzrə orta hesabla ömür uzunluğu göstəricisi 12 ilə yaxın artıb. Bəzi ölkələrdə daha yüksək olub - məsələn, c. Koreyada 19 ilə yaxın. Alıcılıq Qabiliyyəti Pariteti ilə OECD üzrə adambaşına illik səhiyyə xərci son 25 ildə 1600 dollardan 3500 dollara qədər yüksəlib.

Müqayisə üçün deyim ki, Dünya Bankının son tədqiqatlarından çıxış etsək, Azərbaycanda əhalinin şəxsi büdcəsindən sağlamlığına çəkdiyi xərclərin adambaşına nominal məbləği 200, alıcılıq qabiliyyəti pariteti ilə 450 dollara yaxındır. Yəni inkişaf etmiş ölkələrə nisbətən az qala 9 dəfə az.

Digər təsiredici amillər siqaret və alkoqollu içkilərdən imtina, hava çirkliliyinin və təhsilin səviyyəsidir. Məsələn, OECD-in ən inişaf etmiş 25 ölkəsi üzrə 30 yaşında əhalinin hazırkı gözlənilən ömür uzunluğu göstəricisi orta təhsilli kişilərə nisbətən ali təhsilli kişilərdə 7.1 il, qadınlarda isə 4.2 il yüksəkdir. Estoniyada bu fərq daha yüksəkdir - 8.7 il.
Heyf ki, Azərbaycanda müqayisə üçün belə göstərici açıq mənbələrdə yoxdur.

Ən maraqlısı, zənginlər özlərini daha sağlam və gümrah hiss edir. Aparılan sorğunun nəticəsi göstərir ki, OECD üzrə ən yüksək gəlirli 20%-ə aid olanların təxminən 80%-i, ən yoxsul 20%-ə aid olanların isə 59%-i özünü sağlam hesab edir”.

Digər xəbərlər