FED.az xəbər verir ki, Azərbaycan Universiteti biznes və iqtisadiyyat fakültəsinin dekanı vəzifəsini tutmaq üçün MÜSABİQƏ ELAN EDİR
Müsabiqədə iştirak etmək istəyən namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Kadrlar uçotunun şəxsi vərəqəsi;
• Tərcümeyi-hal;
• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
• Elmi və elmi metodiki işlərin siyahısı;
• Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Müsabiqə elan edilən vəzifəyə həm universitetin professor-müəllim heyəti, həm də digər şəxslər sənəd təqdim edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxarıda qeyd olunan sənədlər elan verildiyi gündən başlayaraq, 1 (bir) ay müddətində Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na müvafiq olaraq müsabiqənin keçirilməsi üçün Azərbaycan Universitetinə təqdim edilməlidr.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71.
Biznes fakültəsinə dekan axtarılır - MÜSABİQƏ ELANI
09:30
25 Okt 2018