Bir ayda 4 500 şəhid və qazi ailəsinə - DƏSTƏK VERİLİB
16:4826 Dek 2020
Son bir ayda Azərbaycanda şəhid ailəsi üzvləri və müharibə iştirakçıları olan 4 min 500-dən çox şəxs sosial dəstəklə əhatə edilib.
FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı məlumat verib.
Nazir o cümlədən, şəhid ailəsi üzvlərindən 1500-dən çoxuna artıq müvafiq sosial ödənişlərin təyin edildiyini, 1300 ailənin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.