Bakı şəhərində istehlak məhsullarının və xidmətlərin qiymətləri fevral ayında yanvar ayına nisbətən 0,2% bahalaşıb.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, ötən ay ərzaq məhsulları 0,5% bahalaşıb, qeyri-ərzaq məhsullarının qiymətləri olduğu kimi qalıb, xidmətlər üzrə qiymətlər 0,1% ucuzlaşıb.