Azəriqaz” İB tərəfindən əmək haqlarından heç bir vəsait tutulmur.
Bu barədə Gəncədə bir qrup şəxslərin maaşlarının müəyyən məbləğinin “Azəriqaz” tərəfindən kəsildiyinə dair iddia ilə bağlı FED.az-ın sorğusuna cavab olaraq qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib.
O qeyd edib ki, həmin şəxslər “Azəriqaz” İB ilə xidməti müqavilə əsasında əməkdaşlıq edir, iddia olunan tutulmalar isə onların dövlətə köçürülən rəsmi vergi və sığorta ödənişləridir: “Bu ödənişlər xidməti müqavilə əsasında fərdi sahibkar qismində çıxış edən şəxslər tərəfindən birbaşa Vergilər Nazirliyinə ödənilə bilər və ya bəzən müqavilədə razilasdirildigi kimi ödəniş edən qurum (məsələn, “Azəriqaz”) tərəfindən vergi olaraq, rəsmi qaydada Vergilər Nazirliyinə köçürülə bilər. Yaranan anlaşılmazlıq vergi öhdəlikləri ilə bağlı olan məlumatsızlıqdan irəli gəlir. İddianı qaldıran şəxslərə artıq müvafiq məlumatlar verilib və məlumatlandırmada olan nöqsanlar aradan qaldırılıb”.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev
“Bu ödənişlər xidməti müqavilə əsasında fərdi sahibkar qismində çıxış edən şəxslər tərəfindən birbaşa Vergilər Nazirliyinə ödənilə bilər və ya bəzən müqavilədə razilasdirildigi kimi ödəniş edən qurum (məsələn, “Azəriqaz”) tərəfindən vergi olaraq, rəsmi qaydada Vergilər Nazirliyinə köçürülə bilər".
Qeyd edək ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə “Azəriqaz” İB ölkədə insanların iş yerləri ilə təmin olunması üçün son illərdə 10 minə yaxın əlavə işçini gəlir ilə təmin etməklə, onlarla fərdi sahibkarlıq (xidməti) müqavilələr bağlanıb.